AZ

Yunanıstanın Baş naziri: Türkiyə ilə münaqişə ehtimalı ağlasığmazdır

Yunanıstanın

Bakı, 15 aprel, AZƏRTAC

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə ilə hərbi münaqişənin mümkünlüyünü “ağlasığmaz” adlandırıb.

AZƏRTAC xəbər verir ki, Kiriakos Mitsotakis bu barədə Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib. Onun fikrincə, son bir ildə iki ölkə arasındakı münasibətlər xeyli yaxşılaşıb.

Qeyd edək ki, ötən il dekabrın 7-də Prezident Rəcəb Tayyib Ərdoğanla Kiriakos Mitsotakis arasında keçirilən görüş zamanı Yunanıstan və Türkiyə arasında dostluq və mehriban qonşuluq bəyannaməsi imzalanıb.

Yunanıstan baş nazirinin sözlərinə görə, 1923-cü ildə Osmanlı İmperiyasının dağılmasını rəsmiləşdirən və Türkiyə ərazisini onun müasir sərhədləri daxilində təmin edən Lozanna müqaviləsindən 100 il sonra tərəflər arasında imzalanmış bəyannamə iki ölkə arasında dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimad gündəliyini daha da genişləndirməyə imkan verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
17
Mənbələr
Şərh ()
Bağla