AZ

Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı

Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Sevastopol qubernatoru Mixail Razvojaev bildirib.

O əlavə edib ki, şəhərdə hava hücumu xəbərdarlığı elan edilib. 

Buna qədər martın 18-də körpüdə nəqliyyatın hərəkəti müvəqqəti dayandırılmışdı.

Krım körpüsü Kerç və Taman yarımadalarını birləşdirdiyi üçün strateji əhəmiyyətə malikdir. Onun yol hissəsinin tikintisi 2018-ci il mayın 15-də başa çatdırılıb və həmin ay körpü avtomobillərin hərəkəti üçün istifadəyə verilib.

baku.ws

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
5
Mənbələr
Şərh ()
Bağla