AZ

İran və Səudiyyə Ərəbistanı XİN başçılarının telefon danışığı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Səudiyyə Ərəbistanının XİN başçısı Feysəl bin Fərhan ilə bölgədəki mövcud vəziyyəti müzakirə edib və bölgədəki son hadisələri dəyərləndirib. Məlumatı “Anadolu” verib. 
İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, telefon danışığı zamanı Əbdullahian ölkəsinin Dəməşqdəki İran konsulluğuna İsrail ordusunun hücumuna cavab olaraq hücumlar həyata keçirdiyini deyib. Onun sözlərinə görə, bu, BMT qaydalarına uyğun olaraq “qanuni müdafiə” çərçivəsində həyata keçirilib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin, eləcə də iki ölkə arasında regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirib.
Həmsöhbətlər iki ölkə arasında məsləhətləşmələrin davam etdiriləcəyini vurğulayıblar.
 
P.ƏMİRCANOV
XQ

Seçilən
49
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq