AZ

"Mercedes" elektromobil hədəfini ARTIRDI

Dünyanın nəhəng avtomobil şirkəti "Mercedes-Benz" elektromobil istehsalını artırır.

Hit.az xəbər verir ki, şirkət ilin ilk üç ayında elektrikli avtomobil satışında rekord qırıb.

"Mercedes Benz" 2024-cü ilin sonuna qədər satılan hər 4 avtomobildən birinin elektromobil olmasını hədəfləyir. Şirkət cari ilin ilk rübündə avtomobil satışlarını 220 faiz artırıb. 

Elektrikli avtomobil satışı isə 3 dəfə yüksəlib. "Mercedes Benz" sözügedən dövrdə 1064 ədəd elektrikli avtomobil satıb. Şirkət bundan sonrakı istehsalında və satışında elektrikli avtomobillərin sayını daha da artırmaq istəyir.

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
5
Mənbələr
Şərh ()
Bağla