AZ

Bayden Konqresi yardım məsələsinin təcili həllinə çağırıb

ABŞ Prezidenti Co Bayden Konqresin dörd lideri ilə telefon danışığında Nümayəndələr Palatasının İsrail və Ukraynaya yardım üçün hazırlanmış qanun layihəsini “təcili” qəbul etməsinin vacibliyini bildirib. Bu barədə Ağ Ev məlumat yayıb. Xəbəri “İnterfaks.ru” verib.
“Prezident Nümayəndələr Palatasının Milli Təhlükəsizlik Aktına düzəlişi mümkün qədər tez qəbul etməsinin zəruriliyini müzakirə edib”, - deyə məlumatda qeyd edilir.
Bayden Senat çoxluğunun lideri Çak Şumer və Senat azlığının lideri Mitch McConnell, Nümayəndələr Palatasının spikeri Mayk Conson və Nümayəndələr Palatasının Demokratlar Partiyasının lideri Hakeem Jeffries ilə danışıb.
Şumer deyib ki, prezident və konqres liderləri arasında həm İsrailə, həm də Ukraynaya yardım göndərmək üçün tez hərəkətə keçmək zərurəti ilə bağlı danışıqlar zamanı “konsensus” əldə olunub.
 
P.ƏMİRCANOV
XQ

Seçilən
214
46
Mənbələr
Şərh ()
Bağla