AZ

Türkiyənin MİT rəhbəriABŞ-li həmkarı ilə danışıqlar apardı

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns ilə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

“CNN Türk”ün məlumatına əsasən, Börns İbrahim Kalından İranın İsrailə hücumu məsələsi ilə bağlı vasitəçi olmasını istəyib. İbrahim Kalın Qəzzada aparılan atəşkəs danışıqları ilə bağlı həmkarı ilə fikir mübadiləsi aparıb. Bu danışıqdan sonra isə İbrahim Kalın HƏMAS ilə danışıqlar aparıb.

Danışıqların Ramazan Bayramında baş tutduğu qeyd olunub.


Müəllif: Teleqraf.com
Seçilən
88
8
Mənbələr
Şərh ()
Bağla