AZ

Dayanacaqda maşınlara ziyan vuran şəxs saxlanılıb

Sosial şəbəkələrdə parklanma ərazisində bir nəfərin avtomobillərə ziyan vurması ilə bağlı görüntülər yayılıb.

Herbiand.az xəbər verir ki, görüntülər “Sədərək” Ticarət Mərkəzinin parklanma ərazisində qeydə alınıb. .

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov hadisə ilə bağlı APA-ya bildirib ki, ticarət mərkəzlərindən birinin dayanacağında avtomobillərə qəsdən ziyan vurulması ilə bağlı polisə məlumat daxil olub:

“Həmin şəxs paytaxt sakini 2001-ci il təvəllüdlü V.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun psixi sağlamlığının yerində olmadığı müəyyən edilib. Həmin şəxsin ixtisaslaşmış həkim briqadasına təhvil verilərək müalicə mərkəzinə yerləşdirilməsi təmin edilib”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
36
herbiand.az

10Mənbələr