AZ

Ağ Ev İranın İsrailə hücumu zamanı ABŞ qüvvələrinə heç bir təhlükənin olmadığını bildirib

İranın İsrailə hücumu Yaxın Şərqdəki Amerika qüvvələrini təhdid etməyib.

“İki sahil” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Dünən gecə ABŞ Prezidenti Co Bayden də qoşunlarımızı və obyektlərimizi qorumaq üçün mümkün olan hər şeyi edəcəyini açıq şəkildə bildirdi. İrana özəl və çox aydın şəkildə siqnal göndərmişik ki, qoşunlarımıza qarşı hər hansı bir hücumu bizim ərazimizə olunmuş hücum hesab edəcəyik”, - deyən Con Kirbi, həmçinin İranın hücumu zamanı ABŞ personalı və ya obyektləri üçün heç bir təhdid olmadığını vurğulayıb.

“İsrailin müdafiəsinə gəlincə, Prezidentin fikirləri çox aydın oldu. İsrail yaxşı dost və müttəfiqdir. Bizim ona olan bağlılığımız onun özünü müdafiə etməsinə kömək etmək öhdəliyimiz qədər güclüdür”, - deyə Kirbi əlavə edib.

Lakin o, İsrailin İranın hücumuna cavab verib-verməyəcəyini şərh etməyib: “Mən israillilərin yerinə bu barədə danışmayacağam. Buna reaksiya verib-verməyəcəklərinə və necə davranacaqlarına onlar özləri qərar verməli olacaqlar”.

Seçilən
179
27
Mənbələr
Şərh ()
Bağla