AZ

Alla Puqaçova və əri İsraildən qaçıb?

İranın İsrailə hücumunun ardından Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkinin övladları ilə birgə ölkəni tərk etdiyi iddia olunub.

Day.Az teleqraf.com-a istinadən bildirir ki, şoumen şayiələrin fonunda sosial media hesabında paylaşım edib. O, hazırda İsraildə olduğunu vurğulayıb.

"Sakit olun, mən İsraildəyəm. Və İsrailin hava hücumundan müdafiəsinə uğurlar arzulayıram. İsraildə olmasaydım belə, yenə də bunu istəyərdim" deyə, Maksim bildirib.

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə PUA və raketlərlə hücum edib.

Puqaçova və Qalkin övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü.

Seçilən
125
48
Mənbələr
Şərh ()
Bağla