AZ

Dünya Üçüncü Dünya müharibəsinə sürüklənir -Azərbaycan sabitlik adası kimi tanınır

Cənubi Qafqazda da yeni müharibə ocağı yaratmaq istəyirlər

“İndi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir, kim bunu necə adlandırır adlandırsın. Bu münaqişəyə qoşulan ölkələrin sayına baxsaq, görərik ki, bu, faktiki olaraq Üçüncü Dünya müharibəsidir, amma yeni üsulla aparılır, Birinci Dünya müharibəsindən də, İkinci Dünya müharibəsindən də fərqlənir”. Bu fikirləri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirmişdi. Dövlətimizin başçısı, həmçinin vurğulamışdı ki, dünya qütbləşib və qarşıdurma dərinləşməkdədir. Rusiya-Ukrayna, İsrail-Fələstin, İsrail-İran müharibələri, Afrikada gərginliklər bütün bunları bir daha təsdiq edir. Siyasətçilərin məlumatlarına görə, hazırda dünyada 100-ə yaxın aktiv münaqişə ocağı vardır ki, onların da reallığa çevrilmə təhlükəsi günbəgün artmaqdadır. Amerikalıların 64 faizi, britaniyalıların 61%-i gələcəkdə yeni qlobal müharibənin olacağından əmindir. Bu mənada son zamanlar  “Yeni dünya nizamı” ifadəsinin  tez-tez işlədilməsi də bunu bir daha təsdiq edir.

Yeri gəlmişkən qeyd edək ki, bu gün İran İsrailə  300-ə yaxın raket və pilotsuz uçuş aparatı atıb. İsrail ordusunun nümayəndəsi Daniel Hagari brifinqdə bildirib ki, onların  99%-ni zərərsizləşdirib. İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri isə deyib ki, ABŞ bazaları İsrailin gələcək hərəkətlərində istifadə olunarsa, hərbi hədəfə çevriləcək. Bu açıqlama hələ həmin hərbi əməliyyatlara tam son qoyulmadığından xəbər verir. Digər tərəfdən də, Rusiya-Ukrayna müharibəsi davam etməkdədir. Bunların fonunda nüvə silahından istifadə təhlükəsi də vardır. Bütün bunlar isə  üçüncü dünya müharibəsinin elementləridir.

Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, qanlı toqquşmalar fonunda ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş balanslı siyasət sayəsində təhlükəsizlik, sabitlik adası kimi tanınmaqda davam edir. Bu mənada demək olar ki, dövlətimiz daxili risklərin hamısını aradan qaldırmış və  xarici risklərdən isə özümüzü qoruya bilmişidir. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində demişdir: Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”. Şübhəsiz, son illər bir sıra mühüm görüşlərin  Bakıda keçirilməsi ölkəmizə, onun başçısına olan etimad və inamın bariz nümunəsidir. Bəli, dünyanın ayrı-ayrı ölkələrindəki qarşıdurmalara, gərginliklərə, silahlı münaqişələrə rəğmən bu gün Azərbaycan bütün beynəlxalq aləmdə sabitlik və inkişaf məkanı, mədəniyyətlərin dialoqu meydanı, tolerantlıq, multikulturalizm kimi dəyərləri aktuallaşdıran ölkə kimi qəbul olunur. Bütün bunlar  bir daha sübut edir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət daxili sabitliyi təmin edib.

Qarabağ probleminin həllindən sonra dünya miqyasında mövqeyini daha da möhkəmləndirən, bölgədə yeni reallıqlar yaradan Azərbaycan dünyada, eyni zamanda bütölükdə Cənubi Qafqazda da sülhün, sabitliyin tam bərqərar olunması istiqamətində mühüm tədbirlər həyata keçirir. Amma Qərbin bəzi dairələri, xüsusilə Makron Fransası buna maneə olmaqda davam edirlər. Belə ki, bu dairələr öz maraqları naminə “təhlükəsizlik zəmanəti” adı altınd hər vəchlə Ermənisanı silahlandırır, artıq şərti sərhəddə NATO funksiyasın yerinə yetirən Aİ-nin “mülki” missiyanın əməkdaşlarının sayını artırır, bununla da təcavüzkar ölkənin əli ilə Cənubi Qafqazda yeni müharibə ocağı qalamağa çalışırlar. Bir sözlə, Azərbaycanın İkinci Qarabağ müharibəsində və 23 saatlıq lokal antiterror əməliyyatlarından sonra əldə etdiyi uğurları, daha doğrusu, beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiklərini cəmi 44 gün+23 saata həll etməsini həzm edə bilməyən qüvvələr Ermənistanı mənasız olsa da, revanşizmə sürükləyirlər. Bu proses  5 aprel Brüsseldə keçirilən  ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransından sonra daha da intensivləşib. Elə son günlər şərti sərhəddə Ermənistan tərəfindən törədilən təxribatlar Qərbin fəallığının nətisədir. Halbuki, Azərbaycan dəfələrlə bəyan edib ki, bütün suallar və problemlər iki ölkənin birgə müzakirələri ilə həll olunmalıdır. Üçüncü dövlətlərin və ya təşkilatların qərəzli vasitəçi qismində müdaxiləsi vəziyyəti gərginləşdirir.

Yeri gəlmişkən qeyd edək ki, Prezidenti İlham Əliyevə ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirmişdi ki, Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

Bəli, bütün bunlar bir daha göstərir ki, ABŞ, Avropa İttifaqı qətiyyən bölgədə sülhə, tərəflər arasında etimad quruculuğuna, inteqrasiya ehtiyacına xidmət göstərmir. Şübhəsiz, Azərbaycanla Ermənistan arasında sülh istiqamətində müəyyən müsbət addımların atıldığı bir məqamda belə davranışlar destruktivliyə və sülh danışıqlarını sıradan çıxarmağa hesablanıb.

Doğrudur, Azərbaycan, Türkiyə, Rusiya kimi ölkələr Qərbin Cənubi Qafqazı müharibəyə sürükləməsinə öz kəskin etirazlarını bildiriblər və bildirməkdə davam edirlər. Bircə xristian birliyinin köməyinə arxalanan təcavüzkar Ermənistanla əməkdaşlığı getdikcə dərinləşdirən, Zəngəzur dəhlizinin açılmasına maneələr törədən İran bölgədə yeni status-kvo və hərbi paktın yaradılmasına yönəlmiş 5 aperl görüşü ilə bağlı rəsmi mövqeyini ortaya qoymamışdı ki, iki gün öncə  mollakratiya da bu məsələyə münasibətin sərgiləyib. Belə ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti "Əl-Məyadin” telekanalına müsahibəsində bildirib ki, Avropa İttifaqı, ABŞ və NATO-nun Cənubi Qafqazla bağlı son qərarı heç bir halda həyata keçməyəcək. O, həmçinin vurğulayıb ki, bu cür hərəkətlər dünyanın kritik bölgələrində gərginlik yaratmaqdan və məhv etmək bahasına hərbi mövcudluğa bəhanə axtarmaqdan başqa məqsədi yoxdur.

Konkret Azərbaycana gəldikdə, regionda həyata keçkrilməsinə cəhd olunan planlara qarşı qəti mövqe bildirməklə yanaşı, düşünülmüş siyasəti ilə onların məkrli niyyətlərini fiaskoya uğradır. Bir sözlə, Azərbaycan regionda sabitləşdirici faktor kimi çıxış edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
191
50
Mənbələr
Şərh ()
Bağla