AZ

Sağlam həyatın qızıl qaydaları

Sağlam yaşam üçün zərərli vərdişlərdən imtina edib düzgün davranışlar formalaşdırmaq lazımdır. Sağlamlıq qiymətsiz bir sərvətdir, lakin dəyəri çox vaxt itirildikdə dərk edilir. Tam əqli, fiziki və sosial rifah halı olaraq təyin olunan sağlamlıq dünyada hər kəs üçün böyük əhəmiyyət kəsb edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il aprelin 7-13-də “Ümumdünya Sağlamlıq Həftəsi” kimi qeyd olunur. Bütün dünyada sağlam həyata diqqət çəkmək üçün həftə ərzində müxtəlif tədbirlər həyata keçirilir.

AZƏRTAC Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanası Endikrinologiya və Metabolik Xəstəliklər şöbəsinin müəllimi Eren İmrenin mövzu ilə bağlı tövsiyələrini təqdim edir.

Sağlam davranışlar inkişaf etdirilməlidir. Daimi idman etmək əhəmiyyətlidir. Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə idman etmək əzələləri gücləndirir və elastikliyi artırır. Burada zehni fəaliyyətlər də önəmlidir. Bu fəaliyyətlər idrak funksiyalarını qorumağa və təkmilləşdirməyə kömək edir. Bu kontekstdə tapmacaları həll etmək, kitab oxumaq və ya yeni bir dil öyrənmək tövsiyə oluna bilər.

Balanslı və sağlam pəhriz. Sağlam və balanslaşdırılmış qidalanma orqanizmə lazım olan vitaminləri, mineralları və digər qidaları almağa kömək edir. Bol tərəvəz, meyvə, taxıl, zülal və sağlam yağlardan ibarət pəhriz tövsiyə olunur.

Daimi yuxu mütləqdir. Yuxu vacib bir elementdir. Bədənin dincəlməsi və yenilənməsi üçün gündə 7-9 saat arasında nizamlı yatmaq kifayətdir. Stressi azaltmaq üçün meditasiya, dərin nəfəs məşqləri və yoqa etmək faydalıdır. Gigiyena qaydalarına riayət etmək mühüm amildir. Bu, infeksiya və müxtəlif xəstəliklərin qarşısını almağa kömək edir.

Zərərli vərdişlərdən imtina edilməlidir. Alkoqol istehlakını məhdudlaşdırmaq və ya tamamilə tərk etmək qaraciyər, ürək və digər orqanlar üçün faydalıdır. Bundan başqa, siqaretdən uzaq durmaq da əhəmiyyətli amildir. Çünki siqaret ağciyər xərçəngi, ürək xəstəlikləri və bir çox sağlamlıq problemlərinə səbəb olur. Buna görə də siqaret çəkməmək sağlam həyat üçün mühüm addımdır.

Həm uşaqlar, həm də yaşlılara bununla bağlı diqqət göstərilməlidir. Böyümə və inkişaf dövrlərində balanslaşdırılmış qidalanma, müntəzəm idman və yaxşı yuxu vərdişləri uşaqların gələcək sağlamlıqları üçün çox vacibdir. Bu, həmçinin yaşlılar üçün də vacibdir. Çünki yaşlandıqca orqanizmin müdafiə mexanizmləri zəifləyir və xroniki xəstəliklərin yaranma riski artır. Ona görə də yaşlı insanlar bunlara diqqət yetirməlidirlər. Diqqətli olması vacib olan digər insanlar isə xroniki xəstəliklərlə mübarizə aparanlardır. Bundan başqa, piylənmə də çağımızın önəmli problemlərindəndir. Bu problemi olan şəxslər sağlam qidalanma ilə çəkilərinə nəzarət etməli, nizamlı idmanla məşğul olmalıdırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22900
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14411
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13580
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11334
Helikopterin qalıqları tapılıb
8805
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7940
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6946
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6659
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5151
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4632
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4079
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3803
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3691
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3533
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2798
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2065
Azərbaycan nefti ucuzlaşdı
1611
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1598
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1347
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1341