AZ

Xarkovun Hərbi administrasiya rəhbərinin müavini: “Vilayət işğaldan azad edilib”

\"Bəzi istisnalar olmaqla, Xarkov vilayəti bütövlükdə işğaldan azad edilib”.

AZXEBER.COM xəbər verir ki, bunu ”Report”un Şərqi Avropa bürosuna açıqlamasında, Ukraynanın Xarkov vilayəti hərbi administrasiya rəhbərinin müavini Yevgeni İvanov son durumu şərh edərkən bildirib.

Onun sözlərinə görə, hazırda hücumlar həm şimaldan, həm Belqorod vilayəti ilə sərhəddən, həm də şərq istiqamətində, Luqanskda davam edir. Təzyiq Xarkov vilayətinin Kupyansk şəhəri üzərindədir.

\"Amma il yarımdır ki, düşmən bir dənə də olsun yaşayış məntəqəsindən keçə, bir metr ərazini də ələ keçirə bilmir. Hərbçilərimiz hər gün Rusiyanın hücumlarının qarşısını alır, amma əslində bizim rayon ərazisində heç bir nəticə əldə edə bilmədilər. Düşmən bacarmadı. Eyni zamanda, bu ilin əvvəlindən ərazimizin, o cümlədən Xarkov şəhərinin, Xarkov vilayətinin ərazisinin atəşə tutulmasında güclü artım müşahidə olunur. Biz bunu 2024-cü il yanvarın 1-dən praktiki olaraq müşahidə edirik”, - deyə Y.İvanov vurğulayıb.

O, qeyd edib ki, hazırda şəhərin mərkəzində, tarixi mərkəzdə, yaşayış massivlərində amansız hücumlar davam edir:

\"Bu ilin martında isə enerji infrastrukturuna qarşı hücumlar intensivləşib. Müharibənin bütün tarixində ən ağır atəş bu il martın 22-də baş verdi, o zaman bir gündə 20-dən çox raket bütün enerji isitmə sistemimizi faktiki olaraq məhv etdi. Bu andan etibarən biz üç həftədir, əslində, demək olar ki, bir aya yaxındır ki, ciddi enerjiyə qənaət rejimindəyik, elektrik yoxdur”.

Y.İvanov vurğulayıb ki, şəhər nəqliyyatı, xəstəxana və mühüm müalicə müəssisələrinin fəaliyyətini, vətəndaşların su təchizatını təmin etmək çətindir, amma öhdəsindən gəlirlər:

\"Vəziyyət çox çətindir. Enerji infrastrukturuna ciddi ziyan dəyib. Baş verən hadisələr və dağıntılarla növbəti istilik mövsümündən çıxmaq son dərəcə çətin olacaq”.


Seçilən
239
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18685
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17870
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
17683
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17148
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15660
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14874
Çingiz Mustafayevin toyudur - FOTOLAR
14522
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
14338
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11254
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11007
"Zaur, yenə çaşdın..." - VİDEO
8629
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7662
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6953
Minimum əmək haqqı nə qədər arta bilər?
6873
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6530
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6338
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5661
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5490
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5099