AZ

Gəncədə keçmiş prokurorun oğlu evdə yanaraq ölüb

Gəncə şəhərində yanğın hadisəsi olub, 1 nəfər ölüb.Senzor.az bildirir ki, hadisə şəhərin Bursa küçəsində qeydə alınıb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub,Bütün səylərə baxmayaraq, ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsindəki bir otağında ev əşyaları 50 m² sahədə yanıb. Evin qalan hissələri yanğından mühafizə olunub. Alovun qarşısı alınıb.Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin - 1966-cı il təvəllüdlü Kamil Quliyevin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.“Report”un əldə etdiyi məlumata görə, Kamil Quliyev Daşkəsən rayonunun keçmiş prokuroru mərhum Nəbi Quliyevin oğludur.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Seçilən
186
23
Mənbələr
Şərh ()
Bağla