Aprelin 14-nə gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi, axşam ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
7Mənbələr
-
seher.mediaBazar gününün havası açıqlanıb ( 6321799)
-
hafta.azİstirahət gününün HAVA PROQNOZU ( 5664475)
-
paralel.az30 dərəcə isti və dolu, qar - İstirahət gününün HAVA PROQNOZU ( 5664430)
-
olke.az30 dərəcə isti və dolu, qar - İstirahət gününün HAVA PROQNOZU ( 5663755)
-
moderator.azİstirahət gününün HAVA PROQNOZU açıqlandı ( 5663386)
-
oxu.az30 dərəcə isti və dolu, qar - İstirahət gününün HAVA PROQNOZU ( 5662963)
-
demokrat.azBazar günü Bakıda 21 dərəcə isti olacaq — PROQNOZ ( 5464205)