AZ

Braziliya dünyanın ən böyük karbohidrogen istehsalçılarından birinə çevrilə bilər

Bakı. Trend:

Braziliyada neft hasilatı bu ilin fevral ayında gündə 148,63milyon kubmetr təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü iləmüqayisədə 1,4 faiz artım deməkdir.

Trend xəbər verir ki, bu barədə ölkənin Milli Neft Agentliyiməlumat yayıb.

Atlantik okeanının dərin sularında yerləşən yataqlar yenidənBraziliyanın ümumi hasilatının 76,1 faizini təşkil edib.

Buna baxmayaraq, 2023-cü ilin noyabrında rekord göstərici gündə4,7 milyon barelə çatdıqdan sonra, fevral ayı Braziliyada neft vəqaz hasilatında azalmanın baş verdiyi ardıcıl üçüncü ay olub.

Cənubi Amerika ölkəsi olan Braziliya 2024-cü ilin yanvarındanOPEC+ Əməkdaşlıq Xartiyasına qoşulub. Bununla belə, ölkə hələlikalyansın neft hasilatını azaltmaq səylərini dəstəkləmək niyyətindədeyil. O, gündə orta hesabla 3,5 milyon bareldən çox neft hasiledir.

“Petrobras” dövlət şirkəti özünü ən böyük operator kimi bu dəfədə doğruldub: fevral ayında Braziliyada bütün neft və təbii qazın88,69 faizini istehsal edib. Məlumatlar, Braziliyanın BirləşmişƏrəb Əmirlikləri (3,4 milyon) və Küveyt (2,7 milyon) kimi böyükneft istehsalçısı olan ölkələri qabaqlayaraq, dünyanın səkkizinciən böyük neft istehsalçısı olduğunu təsdiqləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
3
az.trend.az

10Mənbələr