AZ

ABŞ süni intellektlə idarə olunacaq "Pilotsuz F-16"ları sınaqdan keçirəcək

ABŞ Hərbi Hava Qüvvələri katibi Frank Kendall süni intellekt nəzarəti altında uçacaq pilotsuz F-16 təyyarələrinin sınaqlarında havaya qalxacaq.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələri də pilot təyyarələrə süni intellekt öyrətməyə davam edir. Məsələ ilə bağlı ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall Senatın Təxsisatlar Komitəsinin hərbi xərclər iclasında çıxış edib. Kendall süni intellektlə idarə olunan təyyarələrin sınaqlarında iştirak edənlərdən biri olacağını və proqramın yaxşı getdiyini bildirib. 
 
ABŞ Hərbi Hava Qüvvələri Eglin Hərbi Hava Qüvvələri bazasında üç F-16-nı tam avtomatlaşdırmaq məqsədi ilə keçən həftə Viper Sınaq və Növbəti Nəsil Əməliyyat Modeli (VENOM) sınaq proqramını işə salıb . Bu proqram ABŞ Hərbi Hava Qüvvələrinin avtomatlaşdırma proqramının bir hissəsi idi. 
 
Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
49
ednews.net

10Mənbələr