AZ

Türkiyə Rusiya və Ukraynaya yeni sülh sazişi layihəsi təklif etdi - 8 maddəlik planda nələr var...

Türkiyə, Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün diplomatik təşəbbüslərini davam etdirir. "Novaya Gazeta Europe" yazıb ki, Türkiyə Rusiya və Ukraynaya yeni sülh sazişi layihəsi təklif edib.Təklif haqqında məlumat verən mənbəyə görə, Rusiya və Ukrayna hazırda 2022-ci ildə müharibənin başlamasından qısa müddət sonra baştutan ilk danışıqlarda müzakirə edilən mətn layihəsini dəyərləndirir.Plana görə, Rusiya Ukraynanın Avropa Birliyi üzvlüyünə qarşı çıxmayacaq. 2040-cı ildə, hazırda Rusiyanın nəzarətində olan bütün Ukrayna ərazisində beynəlxalq nəzarət altında referendumlar keçiriləcək.Mənbənin sözlərinə görə, sülh planı, ehtimal ki, bəzi Avropa siyasətçilərinin dəstəyini qazanacaq və digər ölkələrə də təklif ediləcək.Sülh layihəsində aşağıdakı maddələr yer alıb:- ABŞ və Rusiyanın istənilən şəraitdə nüvə silahından istifadə etməmək öhdəliyi və anlaşmadan bitərəfli geri çəkilməyi qadağan edən maddə də daxil olmaqla, Strateji silahların məhdudlaşdırılması razılaşmasına davam edilməsi.- Başqa bir ölkənin daxili işlərinə qarışmamaq,- Hazırki cəbhə xətti boyunca müharibəni dondurmaq,- 2040-cı ildə referendum keçirmək öhdəliyi,- Rusiya tərəfindən ilhaq edilən bütün Ukrayna ərazisində beynəlxalq nəzarət altında referendum keçirilməsi,- Ukraynanın 2040-cı ilə qədər heç bir bloka qoşulmayacağın zəmanət verilməsi,- Bütün əsirlərinin mübadiləsi,- Rusiyanın Ukraynanın Avropa Birliyinə üzvlüyünə etiraz etməməsi.Tahir TAĞIYEV

Seçilən
189
50
Mənbələr
Şərh ()
Bağla