AZ

Ermənistan 2020-2023-cü illərdə Qarabağ separatçılarına 1,3 milyard dollar verib

Ermənistan hökuməti 2020-ci ildən 2023-cü ilə qədər Qarabağ separatçılarına 1,3 milyard dollar ayırıb.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Xatırladaq ki, ötən il sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror tədbirlərindən sonra Qarabağ separatçılarının “fəaliyyətinə” son verilib. Onların öndə olan “liderləri” tutularaq Bakıya gətirilib. Digər tör-töküntüləri isə İrəvanda vaxtaşırı olaarq revanşist bəyanatlarla çıxış edirlər. 
Paşinyan hakimiyyəti onların bu “çıxışları”na məhəl qoymur, atdıqları hər addımları nəzarətə götürür. Çünki Ermənistanın indiki iqtidarı separatçıları özləri üçün potensial rəqib hesab edir.

Bizim.Media
 

Seçilən
203
50
Mənbələr
Şərh ()
Bağla