AZ

Hazırkı dövrdən daha da güclənərək çıxacağıq -Ərdoğan

Ramazan bayramı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədəki bəzi siyasi partiyaların rəhbərləri ilə telefon danışıqları olub.

“İki sahil” xəbər verir ki, Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) lideri Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Özgür Özel, İYİ Partiya sədri Meral Akşener, Böyük Birlik Partiyasının lideri Mustafa Destici, Azad Dava Partiyasının rəhbəri Zekeriya Yapıcıoğlu, Demokratik Sol Partiyasının sədri Önder Ağsaqqal və Vətən Partiyasının sədri Doğu Perinçek ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.

Partiya rəhbərləri qarşılıqlı bayram təbriklərini çatdırıblar.  Bu gün AK Parti üzvlərinə də müraciətlə səslənən Türkiyə Prezidenti martın 31-də keçirilmiş özünüidarə orqanlarına seçkiləri dəyərləndirdiyini deyib. AK Parti və Cümhur İttifaqının hazırkı dövrdən daha da güclənərək çıxacaqlarını ifadə edən Prezident Ərdoğan siyasi fəaliyyətlərini eyni şəkildə davam etdirəcəklərini və seçkilərin nəticələrini təhlil etdiklərini deyib.

Rəqabət səviyyəsi yüksək bir seçkidən xalq olaraq alnıaçıq çıxdıqlarını vurğulayan Ərdoğan seçkinin nəticələrinin xalqa və dövlətə xeyirli olmasını diləyərək qaliblərə uğurlar arzulayıb. Hər partiyada olduğu kimi AK Partinin də seçkinin nəticələrini dəyərləndirdiyini qeyd edən Türkiyə Prezidenti yaranmasından sadəcə 15 ay sonra millətin rəğbətini qazanan AK Partinin son 22 il ərzində ölkədə keçirilən 17 seçkinin hər birindən birinciliklə ayrıldığını vurğulayıb.

Şəhidləri rəhmətlə yad edən Türkiyə Prezidenti bütün İslam dünyasının bayramını təbrik edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
3
ikisahil.az

4Mənbələr