AZ

"Əsrlər boyu davam edən dostluq ənənəsi bizim üçün qiymətlidir"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Müsəlman icması Gürcüstan cəmiyyətinin tərkib hissəsidir və əsrlər boyu davam edən dostluq ənənəsi bizim üçün xüsusilə qiymətlidir.

SİA xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze aprelin 10-da Tbilisidəki Cümə məscidindəki çıxışı zamanı söyləyib.

Ramazan ayının başa çatması münasibətilə müsəlmanları təbrik edən İ.Kobaxidze deyib: “Sizin bənzərsiz mədəniyyətiniz ölkəmizin mədəniyyətinin tərkib hissəsidir. Biz çoxəsrlik tarixi əlaqələr, Gürcüstanda yaşayan gürcü xristianları ilə müsəlmanlar arasında qurulan qardaşlıq münasibətinə görə fəxr edirik.

Biz əsrlər boyu birgə çalışmışıq, ümumi vətənimizin rifahı, onun tərəqqisi və inkişafı üçün birgə mübarizə aparmışıq. Bu, bizim böyük qayğı göstərdiyimiz və gələcəkdə də qayğı göstərəcəyimiz münasibətdir, qardaşlıqdır”.

Seçilən
236
26
236
Mənbələr
Şərh ()
Bağla