AZ

Rusiyada sel suları altında qalan evlərin sayı 10 min 550-yə yüksəlib

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölkənin 37 rayonunda 226 yaşayış məntəqəsi çay daşqınlarından zərər çəkib.

Su altında qalan evlərin sayı 10 min 550, bağların sayı 19 min 139, körpülərin sayı isə 160 olub.

Daşqın təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilən Kurqan və Tümen vilayətlərinin bəzi yerlərində müvəqqəti məskunlaşma mərkəzləri yaradılıb, evakuasiyalara başlanılıb.

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov daşqınların baş verə biləcəyi ərazilərdə vətəndaşları xəbərdarlıqlara ciddi yanaşmağa və təxliyə etməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
aznews.az

3Mənbələr