AZ

Yüksək Liqa: İlkin mərhələ yekunlaşdı, pley-offçular bəlli oldular

Qadın voleybolçuların Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün ilkin mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan 20-ci turun ilk qarşılaşması “Abşeron” və “Azərreyl” komandaları arasında olub. Bu matçda “Abşeron” 3:1 hesabı ilə qələbə qazanıb.

Ardınca meydançaya “Murov” və “Gəncə” komandaları çıxıblar. Gərginliyi ilə yadda qalan oyunda “Gəncə” 3:1 hesablı qələbəni bayram edib.

Turun daha bir qarşılaşması isə UNEC-in idman zalında baş tutub. “Milli Aviasiya Akademiyası” və UNEC komandaları arasında keçən bu oyunda “Milli Aviasiya Akademiyası” kollektivi 3:0 hesabı ilə qələbə qazanıb.

Beləliklə, ilkin mərhələdə turnir cədvəlində ilk dörd pillədə qərarlaşan “Azərreyl”, “Abşeron”, “Murov” və “Gəncə” komandaları pley-offa vəsiqəni rəsmiləşdiriblər. 5-ci yeri tutan “Milli Aviasiya Akademiyası” və sonuncu olan UNEC ölkə birinciliyində mübarizəni dayandırıblar.

Yarımfinalda çempionatın lideri “Azərreyl” dördüncü yerin sahibi “Gəncə” klubu ilə görüşəcək. Digər yarımfinal matçı isə “Abşeron” (2-ci yer) və “Murov” (3-cü yer) kollektivləri arasında baş tutacaq.

Bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi qızıl setdə müəyyənləşəcək.

Pley-off mərhələsinin oyunlarının keçirilmə yeri və vaxtı haqqında əlavə məlumat veriləcək.

Yüksək Liqa
20-ci tur
9 aprel

“Abşeron” – “Azərreyl” 3:1 (22:25, 25:19, 25:13, 25:20)
“Murov” – “Gəncə” 1:3 (25:17, 19:25, 22:25, 29:31)
“Milli Aviasiya Akademiyası” – UNEC 3:0 (25:12, 25:10, 25:18)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
13
Mənbələr
Şərh ()
Bağla