AZ

10 mindən çox ev su altında qaldı – Əhaliyə xəbərdarlıq

Rusiyanın 37 rayonunda 226 yaşayış məntəqəsi çay daşqınlarından zərər çəkib.

Bakupost.az xəbər verir ki, su altında qalan evlərin sayı 10 min 550, bağların sayı 19 min 139, körpülərin sayı isə 160 olub.



Daşqın təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilən Kurqan və Tümen vilayətlərinin bəzi yerlərində müvəqqəti məskunlaşma mərkəzləri yaradılıb, evakuasiyalara başlanılıb.

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov daşqınların baş verə biləcəyi ərazilərdə vətəndaşları xəbərdarlıqlara ciddi yanaşmağa və təxliyə etməyə çağırıb.

Qeyd edək ki, Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində aprelin 6-da axşam saatlarında Ural çayında bəndin partlaması nəticəsində 2400-dən çox evi su basıb.

Daşqın səbəbindən qapalı qalan minlərlə insanı xilas etmək üçün təxliyə işlərinə başlanılıb.

Ölkənin digər bölgələrində də çaylar daşmağa başlayıb.

Dünən Rusiya prezidenti Vladimir Putin daşqınlarla əlaqədar hökumətə xüsusi komissiya yaradılması barədə göstəriş verib.

Seçilən
73
50
Mənbələr
Şərh ()
Bağla