AZ

UNEC ilə Türkiyənin İstanbul Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 9 aprel, AZƏRTAC

Türkiyənin İstanbul Universitetinin rektoru professor Osman Bülent Zülfikar UNEC-də olub.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, UNEC-in rektoru professor Ədalət Muradovla görüşdə İstanbul Universitetinin rektoruna rəqəmsal UNEC-in təhsil imkanları, beynəlxalq reytinqlərdəki mövqeyi, beynəlxalq əlaqələri, elmi fəaliyyəti, tədris prosesi, elektron kitabxana resursları, diferensial əməkhaqqı sistemi və s. barədə ətraflı məlumat verilib.

Sonra iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. UNEC ilə İstanbul Universiteti arasında doktorantura təhsili üzrə əməkdaşlığın qurulması, elektron kitabxana resurslarından birgə istifadə imkanları, müəllim və əməkdaşların təcrübə mübadiləsi və digər istiqamətlər üzrə ilkin razılıq əldə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
308
6
azertag.az

7Mənbələr