Demokrat.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd media nümayəndələrinin müvafiq sahə üzrə görülən işlər barədə məlumatlandırılması, qarşılıqlı kommunikasiyanın səmərəli qurulması, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətləri barədə informasiyanın ötürülməsində effektiv yanaşmanın tətbiqi, bu sahədə ixtisaslaşmanın həyata keçirilməsinə dəstək göstərilməsidir.
Açılış mərasimində çıxış edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov Agentliyin mandatına uyğun fəaliyyət istiqamətləri ilə əlaqədar media ilə səmərəli işin gücləndirilməsinin önəmini qeyd edərək cəmiyyətin adekvat şəkildə məlumatlandırılması məqsədilə keçirilən təlimin vacibliyini qeyd edib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli media sahəsində aparılan fəaliyyətdən danışaraq bildirib ki, müasir dövrdə media cəmiyyətin inkişafında, maariflənməsində, ictimai rəyin və ümumi dünyagörüşünün formalaşmasında mühüm rol oynayır, bu baxımdan qurumlar, media və cəmiyyət arasında düzgün informasiya dövriyyəsinin təşkil edilməsi xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri “Kvalifikasiyaların tanınması” və “Ali təhsildə keyfiyyət təminatı” mövzularında təqdimatlarla çıxış edib.
Təlim-seminar çərçivəsində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
media.gov.azMedianın İnkişafı Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi birgə təlim keçirib ( 5618974)
-
konkret.azMEDİA və Təhsildə Keyfiyyət Təminatı Agentliyi birgə təlim keçirdi ( 5392441)
-
525.azTəhsildə Keyfiyyət Təminatı Agentliyi və Medianın İnkişafı Agentliyi birgə təlim keçirib ( 5386258)
-
demokrat.azTəhsildə Keyfiyyət Təminatı Agentliyi və MEDİA birgə təlim keçirdi — FOTOLAR ( 5385997)
-
ikisahil.azMedianın İnkişafı Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi birgə təlim keçiribFOTO ( 5383711)
-
moderator.azTəhsildə Keyfiyyət Təminatı Agentliyi və MEDİA birgə təlim keçirdi - FOTO ( 5383628)
-
metbuat.azTKTA və MEDİA birgə təlim keçirdi - ( 5383027)
-
azertag.azTəhsildə Keyfiyyət Təminatı Agentliyi və Medianın İnkişafı Agentliyi birgə təlim keçirib ( 5382655)
-
musavat.comTəhsildə Keyfiyyət Təminatı Agentliyi və MEDİA birgə təlim keçirdi ( 5382646)
-
1news.azTəhsildə Keyfiyyət Təminatı Agentliyi və Medianın İnkişafı Agentliyi birgə təlim keçirib ( 5380309)