Türkiyə ordusu İraqın şimalında 9 PKK terrorçusunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatı ilə mübarizəni davam etdirir. İraqın şimalında həyata keçirilən hava əməliyyatında daha 3 terrorçu zərərsizləşdirilib, beləliklə, bölgədə zərərsizləşdirilən terrorçuların sayı 9-a yüksəlib" – nazirliyin məlumatında bildirilir.
Şəbnəm Mehdizadə