AZ

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu başlayır

Bakı. Trend:

Aprelin 16-da saat 11:00-dan portal.edu.az vasitəsilə ali təhsil pilləsinindoktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumatverilib.

Sözügedən xidmət sayəsində Təhsil Mərkəzləşdirilmiş İnformasiyaSisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə vətəşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsikabinet” vasitəsilə elektron formada müraciət edə, cari status vənövbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələrtərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanındaiştirak hüququ qazanacaqlar.

Müraciətlərin elektron formada həyata keçirilməsi tələbələrətəhsil haqqını müəssisəyə getmədən ödəmək, imtahan nəticələri vədigər yeniliklər barədə məlumat əldə etmək imkanı da yaradır.

Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.

Məqalədə:
Seçilən
76
49
Mənbələr
Şərh ()
Bağla