AZ

Qlobal istilər gəlir: Alimlər xəbərdarlıq edir

2024-cü ilin mart ayı dünyanın ən isti ayı olub.

Editor.az bildirir ki, bu barədə “Euractiv” xəbər verib. Sinoptiklərin fikrincə, son 12 ay həm də indiyə qədər qeydə alınan ən isti ay hesab olunur. 2023-cü ilin aprelindən 2024-cü ilin martına qədər orta qlobal temperatur 1850-1900-cü illərdə sənayedən əvvəlki dövrdə orta temperaturdan 1,58 dərəcə yüksək olmuşdur.

“Biz müstəsna performansa malik uzunmüddətli tendensiyadan çox narahatıq. Bu cür rekordları hər ay görmək həqiqətən bizə göstərir ki, iqlimimiz dəyişir, sürətlə dəyişir” – deyə “C3S Copernicus” İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samanta Berces deyib.

Xatırladaq ki, 2023-cü il planetin ən isti ili olub. Ekstremal hava şəraiti və müstəsna temperatur fəlakətlər törədib. İqlim dəyişikliyinin yaratdığı quraqlıq Venesuelada rekord sayda meşə yanğınlarına səbəb olub, Cənubi Afrikada isə əkinləri məhv edib və milyonlarla insan aclıqla üzləşib. Alimlər xəbərdarlıq edirlər ki, isti suların təsiri ilə Cənub yarımkürəsində geniş yayılmış mərcan ağartması baş verir.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
1
editor.az

7Mənbələr