AZ

Bu ilin şanslı bürcləri AÇIQLANDI - Ən çox...

8 aprel 2024-cü il saat 22:20-də Qoç bürcündə Günəş tutulması baş verib. Bu, ilin ən önəmli göy hadisələrindən biridir. Hadisənin təsiri 2024-cü ilin sonuna qədər davam edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri astroloq Rəşad Hacıyev bildirib.

 

"Bu ərəfədə həyata baxış bucağımız, yolumuz, istiqamətimiz, hədəflərimiz, enerjimiz dəyişə bilər. Həmçinin keçmişdə həyatımızda böyük rol oynayan və dərin izlər qoyan insanlar yenidən gündəmə gələ bilər".

 

Astroloq qeyd edib ki, tutulma ən çox Qoç, Oğlaq və Xərçəng bürclərinə təsir göstərəcək.

 

“Bu bürclər daha sərt təsirlərə məruz qalacaq. Əkizlər, Dolça və Tərəzilər üçün tutulma təsiri şanslı və pozitiv enerjidədir”.

 

Asya

Seçilən
183
50
Mənbələr
Şərh ()
Bağla