AZ

Faiq Ağayev: “Deyirlər ki, qaşlarımı alıram” – VİDEO 

Xalq artisti Faiq Ağayev növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Qapqara” verilişində haqqında eşitdiyi ən absurd şayiədən danışıb. 

“Haqqımda çox axmaq şayiələr buraxırlar. Məsələn, deyirlər ki, Faiq Ağayev qaşlarını alır. Mənim uşaqlıqdan qaşlarım belə olub. Məktəbdən ta bu günə kimi... İnsanı sənətdə sənətlə vura bilmirlərsə, qapının o tayında olan zibilləri atmağa başlayırlar. Bunlar anormaldır. Bunlara isə mənim “immunitetim” var”, - deyə Faiq vurğulayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
Seçilən
181
3
Mənbələr
Şərh ()
Bağla