AZ

Fransa, İordaniya və Misir liderləri Qəzzada atəşkəsə çağırıb

Fransa, İordaniya və Misir liderləri Qəzzada atəşkəsə çağırıb.

 

Modern.az xəbər verir ki, Emmanuel Makron, Kral II Abdullah və Əbdülfəttah əs-Sisi “The Washington Post”da dərc olunan bəyanatda bunu vurğulayıblar.

 

“Zorakılıq, terror və müharibə Yaxın Şərqə sülh gətirməyəcək, lakin iki xalq üçün iki dövlətli həll olacaq”, - deyə qeyd olunub.

 

"The Wall Street Journal" yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün Qahirədə səsləndirdiyi kompromis təkliflərindən biri 40 girovun 900 fələstinli ilə dəyişdirilməsini nəzərdə tutur.

 

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusunun “HƏMAS-ı tamamilə məğlub etmək üçün” Rəfaha hücumunun tarixi artıq müəyyən edilib. Bir sıra xarici hökumətlər və təşkilatlar çoxlu sayda mülki əhali itkisindən ehtiyat edərək İsraili Rəfaha hücum etməməyə çağırıb.

Seçilən
205
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq