AZ

“Crocus”un yanğın təhlükəsizliyinə cavabdeh şəxsi SAXLANILDI

“Crocus City Hall”un konsert zalında baş verən hadisə ilə bağlı daha bir nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da yanğın təhlükəsizliyinə məsul şəxs olan, yanğından mühafizə sistemlərinə xidmət göstərən mühəndisi saxlayıb.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində silahlı şəxslər “Crocus City Hall” konsert zalına hücum edərək tamaşaçılara atəş açıblar. Daha sonra yanğın törədiblər və avtomobillə faciə yerindən qaçıblar. Tezliklə Bryansk vilayətində hücumçular saxlanılıblar. Ümumilikdə terror aktına görə 12 nəfər cinayət məsuliyyətinə cəlb olunub, onlara qarşı cinayət işi açılıb. Son məlumatlara görə, terror aktı nəticəsində 145 nəfər ölüb, 550 nəfər yaralanıb.

Seçilən
97
46
Mənbələr
Şərh ()
Bağla