AZ

Bayram günlərinə olan hava proqnozu açıqlandı

Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında 10 aprel tarixində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, küləyin sürəti 10-15 m/s olacaq. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

11 aprel tarixində havanın yağmursuz keçəcəyiı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
49
e-huquq.az

10Mənbələr