AZ

Almaniya hökuməti TikTok hesabı açıb

Almaniya hökuməti Çin sosial media platforması TikTok-da hesab açdığını açıqlayıb. Missiya.Az xəbər verir ki, bu barədə Federal Hökumət sözçüsü məlumat yayıb.Mətbuat və İnformasiya İdarəsinin bu hesabla siyasətdən daha çox öyrənən və sosial media vasitəsilə məlumat mübadiləsi aparan vətəndaşlar üçün informasiya dairəsini genişləndirmək istədiyi vurğulanıb. Xüsusilə gənc istifadəçilərə müraciət etmək üçün açılan TikTok hesabında Federal Kansler Olaf Şoltsun işi və hökumət siyasəti ilə bağlı məlumatlarla yanaşı şərhlər, suallar və təkliflər də yer alacağı qeyd edilib. Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
182
50
Mənbələr
Şərh ()
Bağla