AZ

Mbappe “Barselona” ilə oyun haqda: “Bütün gücümü verəcəyəm”

PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 finalında “Barselona” ilə qarşıdakı oyundan danşıb.

Arena.az “Telefoot” dərgisinə istinadən, Mbappenin bu barədə fikirlərini təqdim edir:

“Hər il bu dövr mövsümün dönüş nöqtəsidir. Aprelin sonunda bu mövsümün necə alınacağı ilə bağlı təsəvvürümüz olacaq. Əminəm ki, nəticə üçün əlimizdən gələni edəcəyik. Hər şey tanrının əlindədir!

Möhtəşəm oyunçuların zamanı gəldi və mən buna hazıram. Həmişə olduğu kimi, mənim gizlənmək fikrim yoxdur”, deyə fransalı ulduz futbolçu vurğulayıb.

Xatırladaq ki, bu komandalar arasında ilk oyun aprelin 10-da Parisdə, cavab oyunu isə aprelin 16-da Barselonada baş tutacaq.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 39 qol vurub, 9 məhsuldar ötürmə verib.

Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 300 oyun, 251 qol, 107 məhsuldar ötürmə.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Seçilən
90
1
Mənbələr
Şərh ()
Bağla