AZ

Ukraynanın artıq qardaşı yoxdur -Leonid Kuçma

Rusiya və Ukrayna yaxın xalqlar idilər, amma indi onlar düşmən olublar və bu, Moskvanın günahı ucbatından baş verib.

“İki sahil” rbc.ru-ya istinadla xəbər verir ki, bu fikirləri Ukraynanın keçmiş prezidenti (1994-2005) Leonid Kuçma “Kyodo”ya müsahibəsində bildirib.

Jurnalist siyasətçi ilə söhbətində qeyd edib ki, ruslar və ukraynalılar qardaş xalqlar hesab olunur. Kuçma buna cavab verib ki, xristian olduğu üçün o, “qardaşlar arasında düşmənçilik və hətta nifrət olduğunu” bilir və Qabil və Habil haqqında hekayəni misal çəkib. “Qabil Habili öldürdü. Ukraynanın artıq qardaşı yoxdur. Rusiya Qabildir” deyən o, “qardaş düşmən olanda bu, xəyanətdən də pisdir” dedi.

Kuçma iki ölkə arasında korlanmış münasibətlərə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub. Keçmiş liderin sözlərinə görə, Kiyev həmişə Moskva ilə bərabərhüquqlu və dostluq münasibətləri arzulayıb, “baxmayaraq ki, indi bu, absurd kimi səslənir”.

Seçilən
123
3
Mənbələr
Şərh ()
Bağla