AZ

NDU ilə AMEA-nın Tarix və Etnologiya İnstitutu arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub -FOTO

Naxçıvan Dövlət Universiteti ilə AMEA-nın Tarix və Etnologiya İnstitutu arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub.  Bu məqsədlə ali təhsil ocağında keçirilən onlayn görüşdə Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru, professor Kərim Şükürov çıxış edərək rəhbərlik etdiyi institutun tarixi, fəaliyyət istiqamətləri, strukturu barədə məlumat verib. Professor əsas elmi istiqamət haqqında danışaraq ali təhsil ocağı ilə qurulacaq elmi əməkdaşlıq fəaliyyəti barədə mühüm məqamlara toxunub.

Universitetin rektoru Elbrus İsayev təhsilin bütün səviyyələrində institutun alimlərinə, araşdırmaçılarına ciddi ehtiyacın olduğunu bildirib. Rektor vurğulayıb ki, Naxçıvanın Azərbaycan tarixşünaslığının mühüm mərhələsini tutduğunu nəzərə alsaq universitetin də bu istiqamətdə aparacağı elmi-tədqiqatların əhəmiyyətinə diqqəti çəkmək lazımdır.

Tədbirdə gələcəkdə institut arasında birgə elmi tədqiqatların aparılması, elmi jurnalların nəşr olunması, ali təhsil ocağında institutun professorları tərəfindən modul tipli dərslərin keçirilməsi, magistr və doktorantların hazırlanmasında institutun imkanlarından istifadə olunması, birgə konfranslar, dəyirmi masalar, diskussiyalar və digər elmi tədbirdlərdə iştirak məsələləri müzakirə edilib. Görüşdə həmçinin diqqətə çatdırılıb ki, ali təhsil ocağının Elmi kitabxanasında mövcud olan proqram təminatı əsasında institutun kitabxanasının elektron bazasından istifadə edərək, elmi ədəbiyyatlara əlçatanlılığı da təmin etmək olar.

Sonra İnstitutun şöbə müdirləri də birgə əməkdaşlıq barədə öz fikirlərini çatdırıb, hər cür dəstəyə hazır olduqlarını ifadə ediblər.

Elbrus İsayev sonda onu da əlavə edib ki, qurulacaq elmi əməkdaşlıq üçün ali təhsil ocağında birgə fəaliyyət göstərəcək kafedra və bu istiqamətdə məsul olan şəxslər müəyyənləşdiriləcək, aparılan müzakirələr sizin sayənizdə qısa zamanda həyata keçiriləcək.

Səadət Əliyeva,
NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
22174
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12200
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
6790
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5478
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5383
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3852
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3469
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3308
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3157
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2925
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2890
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2688
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2470
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2401
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2037
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1998