AZ

Güneyli siyasi fəalın həbs və şallaq hökmü qüvvədə saxlanılıb

Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi siyasi fəal İsmayıl Əhmədinin 9 ay həbs və 70 şallaq cəzasını qüvvədə saxlayıb.

İsmayıl Əhmədi İnstagram səhifəsində Apelyasiya Məhkəməsinin çağırış vərəqəsini dərc edərək, ilkin məhkəmənin hökmünün Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsinin 32 saylı şöbəsi tərəfindən qüvvədə saxlandığını açıqlayıb.

Siyasi fəal "İslamın müqəddəslərini təhqir etmək", "əhalini daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətməyə sövq etmək", "İslam Respublikası sisteminin müxalifləri ilə əlaqə saxlamaq", "yalan məlumat yaymaq" və "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamları əsasında təqsirkar bilinib.

HRA xəbər agentliyinin yaydığı məlumata görə, Əhmədi keçən il təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və avqust ayında 400 milyon tümənlik girov müabilində müvəqqəti olaraq Əhər həbsxanasından azadlığa buraxılıb.

"Amerikanın Səsi" daha öncə hüquq müdafiəçilərinə əsasən, siyasi fəalın Süngün mis mədənində çalışan işçilərin etiraz aksiyaları ilə bağlı məlumat yaydığı üçün təhlükəsizlik qüvvələri tərəfindən təzyiqə məruz qaldığı haqda məlumat vermişdi.

İsmayıl Əhmədi əvvəllər də apardığı fəaliyyətlərə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və mühakimə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
Mənbələr
Şərh ()
Bağla