AZ

“İrşad” 2023-cü ildə dövlət büdcəsinə 86.5 milyon manat vergi ödəyib – 48% artıb

Bakı. Trend:

Azərbaycanda mobil telefon, elektronika və məişət texnikasısatışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri“İrşad” ötən ilin nəticələrinə görə 2023-cü ildə də bu sektorda özmövqeyini qoruyub saxlayıb.

2023-cü ildə “İrşad”ın əldə etdiyi iqtisadi gəlirlər fonundadövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənişlərdavam etdirilib.

2023-cü ildə “İrşad” tərəfindən dövlət büdcəsinə ödənilən əlavədəyər vergisi (ƏDV) 43% artaraq 54 milyon 256.6 min manata, idxalrüsumu 65.5% artaraq 25 milyon 620,6 min manata, əmlak vergisi isə20.6% artaraq 820 min manata yüksəlib. Şirkət təkcə ötən il dövlətbüdcəsinə 86 milyon 524,6 min manat vergi ödəyib.

Bundan əlavə, “İrşad”ın 2023-cü ildə Məcburi Dövlət SosialSığorta ödəmələri (DSMF) 38% artaraq 3 milyon 705 min manat, sosialsığorta və işsizlikdən sığorta ödəmələri 38% artaraq 148 min 191manat, icbari tibbi sığorta ödəmələri isə 45% artaraq 624 min 146manat təşkil edib.

Ümumilikdə, “İrşad Electronics” MMC-nin 2023-cü ildə dövlətbüdcəsinə, vergi və sosial müdafiə ödəmələri 2022-ci illəmüqayisədə 48% çoxdur.

Şirkətin ötən il işçi sayı 250 nəfər artaraq 1108 nəfərə çatıb,bu da ölkənin məşğulluq bazarında böyük rolu olmasından xəbərverir.

“İrşad” fəaliyyəti dövründə filial şəbəkəsini də artırıb. Beləki, Bakıda 23, bölgələrdə 24 mağazası və 3 texniki servis məntəqəsiilə müştərilərinə xidmət göstərib. Ötən il işğaldan azad olunmuşərazilərdə ilk elektronika mağazasını açan şirkət “Füzuli”mağazasına işçi yığımını davam edir.

“İrşad” müştərilərə daha əlçatan olmaq üçün mobil tətbiqivasitəsilə də bir çox xidmətlər göstərib. Şirkətin “Bonus”xidmətindən minlərlə müştəri yararlanıb.

Seçilən
143
8
Mənbələr
Şərh ()
Bağla