AZ

Rusiyanın xarici işlər naziri Çinə rəsmi səfərə getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfərə gedib.

Gundem.az TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Pekindəki Şoudu hava limanına enib.





Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl Pekində Lavrovun Çinin xarici işlər naziri Van İ ilə danışıqlar aparacağını bildirib.

Onun sözlərinə görə, nazirlər digər mövzularla yanaşı, Ukrayna və Asiya-Sakit okean regionunda vəziyyəti, ikitərəfli əməkdaşlıq və beynəlxalq arenada qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
4
gundem.az

5Mənbələr