AZ

Salah bu kluba qənim kəsilib: 3 yeni rekord

"Liverpul"un hücumçusu Məhəmməd Salah 3 yeni rekorda imza atıb.

Publika.az xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının (İPL) 32-ci turunun "Mançester Yunayted" ilə matçında (2:2) qol vurmaqla nail olub. Misirli 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Salah Premyer Liqa tarixində MY-ə qarşı ən çox qol vuran futbolçu olub -11. O, eyni zamanda "Old Trafford"da "qırmızı şeytanlar"ı İPL-də ən çox - 6 dəfə məyus edən oyuçudur. Bunda başqa o, çempionat oyunlarında "Yunayted"ə ardıcıl 4 oyunda qol vuran yeganə futbolçu kimi tarixə düşüb. Bu barədə "Squawka" məlumat yayıb.

Seçilən
166
39
Mənbələr
Şərh ()
Bağla