AZ

Finlandiya prezidenti: "Ukrayna məsələsinə görə Rusiya ilə dialoq hələ mümkün deyil"

Finlandiya prezidenti Alexander Stubb hesab edir ki, Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə siyasi dialoq hələ mümkün deyil. Bizimyol.info xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib. “Hazırda bizim Rusiya ilə heç bir siyasi dialoqumuz yoxdur, amma mən düşünmürəm ki, biz bunu edə bilərik və etməməliyik”, - deyə o, jurnalistin müvafiq sualını cavablandırarkən deyib. Bununla yanaşı, Stubb birtərəfli qaydada sülhə nail olmağın mümkünsüzlüyünə diqqət çəkib. “Bu, sülh yolu ilə həll birtərəfli yol deyil, müəyyən mərhələdə tərəflərin yollarının kəsişməsi lazımdır, lakin bunun üçün şərait uyğun olmalıdır. Hələlik belə bir imkanın yarandığını görmək mümkün deyil”, - deyə Finlandiya prezidenti əlavə edib. Stubbın fikrincə, Ukrayna böhranının sülh yolu ilə həllinə yalnız döyüş meydanında nail olmaq olar: "Mən hesab edirəm ki, indiki vəziyyətdə acı həqiqət budur ki, sülhə nail olmağımızın yeganə yolu döyüş meydanında qalib gəlməkdir", - deyə Finlandiya Prezidenti bildirib. Rusiya rəsmiləri əvvəllər dəfələrlə bəyan ediblər ki, Moskva heç vaxt Kiyevlə danışıqlardan imtina etməyib və istənilən konstruktiv təkliflərə açıqdır. Eyni zamanda Kremldən işğal olunmuş ərazilərdən geri çəkilmək niyyətində olmadıqlarını bildirərək danışıqların başlaması üçün heç bir şans vermirlər. Bundan əlavə, Moskva iddia edir ki, 2022-ci ilin oktyabrında Ukrayna prezidenti Vladimir Zelenski Vladimir Putinin prezidentliyi dövründə Rusiya Federasiyası ilə hər hansı danışıqların aparılmasını qadağan edən fərman imzalaması ilə danışıqları əngəlləyib. Qadir, Bizimyol.info

Seçilən
135
16
Mənbələr
Şərh ()
Bağla