AZ

Bakıda müğənni küçənin ortasına döşək atıb “yatdı” - VİDEO - FOTO

Paytaxt Bakıda qəribə görüntü insanların marağına səbəb olub.

Milli.Az xəbər verir ki, gənc müğənni Seva Qasan şəhərin fərqli-fərqli ərazilərində yerə matras ataraq "yatıb".

Yolun hərəkət sahəsində də eyni hərəkəti təkrarlayan müğənninin etdikləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Etdiklərini lentə aldıran ifaçı şəhər sakinlərinin təəccübünə səbəb olub.

Qeyd edək ki, sözügedən müğənni bundan öncə dəfələrlə bu kimi addımları ilə diqqətləri üzərinə cəmləməyi bacarıb. Belə ki, bir neçə həftə öncə Seva Qasan çiy ətdən don geyinərək şəhərin mərkəzi küçələrində gəzib. 

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
4013
27
Mənbələr
Şərh ()
Bağla