Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5 bal gücündə zəlzələ qeydə alınıb.
SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 102 minə yaxın insanın yaşadığı Küçə rayonundan 67 kilometr qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.