AZ

A Seriyası: “Yuventus” evdə, “Napoli” səfərdə qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

“Frozinone” – “Bolonya” matçında qapılara qol vurulmayıb.

“Atalanta” səfərdə “Kalyari”yə məğlub olub. “Napoli” “Montsa”yla, “Cenoa” isə “Verona”yla oyunlarında qələbəyə seviniblər. “Yuventus” da doğma meydanda “Fiorentina”nı tək qolla üstələyib.

31-ci tura sabah keçiriləcək “Udineze” – “İnter” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
31-ci tur
5 aprel

Salernitana – Sassuolo 2:2
Qollar: Kandreva, 52-pen. Maccore, 90+1 – Loryente, 37. Bayrami, 44.

6 aprel

Milan – Leççe 3:0
Qollar: Pulişiç, 6; Jiru, 20. Leao, 57.

Roma – Latsio 1:0
Qol: Mançini, 42.

Empoli – Torino 3:2
Qollar: Kambyaci, 6. Kanselyeri, 74. Nyanq, 90+4 – Sapata, 60; 90+1.

7 aprel

Frozinone – Bolonya 0:0

Montsa – Napoli 2:4
Qollar: Dyuriç, 9. Kolpani, 62 – Osimhen, 55. Politano, 57. Zelinski, 61. Raspadori, 68.

Kalyari – Atalanta 2:1
Qollar: Auqello, 42. Viola, 88 – Skamakka, 13.

Verona – Cenoa 1:2
Qollar: Bonatsoli, 8 – Ekuban, 45. Qudmundsson, 58.

Yuventus – Fiorentina 1:0
Qol: Qatti, 21.

8 aprel

22:45. Udineze – İnter

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
214
1
Mənbələr
Şərh ()
Bağla