AZ

Xırdalanda küçə itləri 35 yaşlı qadını dişləyib - FOTO/VİDEO

Xırdalanda 35 yaşlı qadını it dişləyib.

seher.media xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən yaşayış komplekslərinin birində qeydə alınıb.

Belə ki, 20-yə yaxın sahibsiz küçə iti Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Rəmayə Oqtay qızı Mehdiyevaya hücum edərək ayağından dişləyib.

Zərərçəkən dərhal təcili tibbi yardıma çatdırılıb, ilkin müdaxilələr olunub.

Sakinlər isə bildiriblər ki, artıq sözügedən ərazidən istifadə etməyə qorxurlar, itlərin səslərindən isə gecələr yatmaq olmur.

Qeyd edək ki, mart ayının üçündə də Xırdalan ərazisində sahibsiz itlər dördüncü sinif şagirdinə hücum etmişdi.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
182
5
Mənbələr
Şərh ()
Bağla