AZ

“Sən sürdüyün maşına bələd deyilsən?”

Tarix: 7 Aprel 2024 12:25

Müğənni Zamiq Hüseynov sosial media hesabında Bakıda bitumdaşıyan yük maşının aşması ilə bağlı paylaşım edib.
Milli.Az olay-a istinadən xəbər verir ki, ifaçı instaqramın hekayə bölməsində sözügedən hadisənin baş verdiyi anın görüntülərini yayımlayaraq bunları yazıb.
"Mən hər zaman demişəm, yenə də deyirəm. Artıq avtoşluq edənlər balaca maşınlar deyil, yük maşınları və avtobuslardır. Bu sürücülər nə yeyir, nə içirlər bilmirəm. Sən sürdüyün maşına bələd deyilsən? Bu sürətlə bu döngəyə necə girişdir bu? Siz bir baxın, bu aşan maşının sağında bir ailə, uşaq getsəydi, necə olacaqdı? Nə qədər insan bədbəxt olacaqdı? Dəhşətdir vallah", - deyə, o, yazıb.

Milli.Az

Seçilən
165
1
Mənbələr
Şərh ()
Bağla