AZ

Slovakiyadakı prezident seçkilərində Rusiyayönümlü namizəd qalib gəldi

Slovakiya Milli Şurasının (parlamentinin) sədri, “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini Slovakiya prezidenti seçilib.Senzor.az bildirir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.Bülletenlərin 99,8%-nin hesablanmasının nəticələrinə əsasən, seçicilərin 53,18%-i P.Pelleqrininin lehinə, 46,81%-i isə onun rəqibi - Slovakiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, liberal müxalifətin nümayəndəsi İvan Korçoka səs verib.Korçok seçkilərdə məğlub olduğunu etiraf edib və Pelleqrinini dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.Qeyd edək ki, Peter Pelleqrini Rusiyayönümlü siyasətçi kimi tanınır və həmişə Ukraynaya silah tədarükünün əleyhinə çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
6
senzor.az

3Mənbələr