AZ

İşğaldan azad edilən ərazilərdə yaylaqlara qeydiyyat başladı – TƏFƏRRÜATVİDEO

İşğaldan azad edilən ərazilərdəki yaylaqlara getmək istəyən fermerlərin qeydiyyatına start verilib.

Xezerxeber.az xəbər verir ki, fermerlər qoyunçuluq və arıçılıq təsərrüfatlarını qeydiyyatdan keçərək Kəlbəcər və Laçın yaylaqlarına apara bilərlər.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, qeydiyyat prosesi portal vasitəsilə həyata keçirilir.

Həmçinin, fermerler əlavə məlumat üçün yerlərdə dövlət aqrar inkişaf mərkəzlərinə müraciət edə bilərlər.

Bu il Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan fermerlərlə yanaşı, daha 8 rayonun fermerləri də öz təsərrüfatlarını qeydiyyatdan keçirə biləcəklər.

Heyvandarlıq təsərrüfatını azad olunmuş ərazilərdəki yaylaqlara köçürəcək fermer özü ilə təsərrüfatdakı xırdabuynuzlu heyvan başının sayına uyğun olaraq  köməkçi və nəqliyyat vasitəsi apara bilər.

Müraciəti təsdiq edilmiş fermerə ANAMA tərəfindən keçiriləcək təlimdə iştirak etməsi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təlimin yeri və vaxtı barədə SMS bildiriş göndəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
132
33
Mənbələr
Şərh ()
Bağla