AZ

Yeni nazir Toğrul Hüseynovu yüksək vəzifəyə təyin etdi - Foto

Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə yeni rəis təyin edilib.

Yenisabah.az xəbər verir ki, yeni ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə bu vəzifəyə Hüseynov Toğrul Aydın oğlu təyin olunub.

Nazirin digər əmri ilə Həsənli Rəşad İsmayıl Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini təyin olunub.

Qeyd edək ki, bu ilin mart ayında Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən azad edilərək, Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.

Bundan əvvəl Toğrul Hüseynov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi vəzifəsində çalışıb.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
21
Mənbələr
Şərh ()
Bağla